Axşam 10-dan sonra işləyən kafe-restoranlar aşkarlandı, 38 nəfər cərimələndi - Foto

axsam-10-dan-sonra-isleyen-kafe-restoranlar-askarlandi-38-nefer-cerimelendi
Oxunma sayı: 4695

Paytaxtın Sabunçu rayonunda xüsusi karantin rejim qaydalarına əməl etməyən, müəyyən olunan vaxtdan kənar, sanitar-epidemioloji normaların pozulması ilə müşayiət olunan restoran və kafelər aşkarlanıb.

“Qafqazinfo” DİN-ə istinadən xəbər verir ki, Sabunçu rayonunda müvafiq tədbirlərlə müəyyən olunan vaxtdan kənar, Bakıxanov qəsəbəsindəki bir restoranın qapalı zallarında 30 nəfər, Zabrat qəsəbəsindəki iki kafedə isə 8 nəfər müəyyən olunub.

Əsasən restoran və kafelərin qapalı zal və kabinetlərində sanitar-epidemioloji normalarını pozan 38 nəfər müvafiq polis idarəsinə dəvət olunaraq, barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb. İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə hər biri barəsində protokol tərtib olunub.