Axşam saat 8-də Heydər Əliyev Mərkəzindən daha bir ölkəyə dəstək

axsam-saat-8-de-heyder-eliyev-merkezinden-daha-bir-olkeye-destek
Oxunma sayı: 3858

Azərbaycanın koronavirus (COVID-19) pandemiyasının geniş yayıldığı ölkələrlə həmrəyliyinin rəmzi olaraq Heydər Əliyev Mərkəzinin binası üzərində videoproyeksiyanın təqdimatı davam edir.

"Qafqazinfo" xəbər verir ki, COVID-19 pandemiyasının yayılmasına qarşı Azərbaycanın beynəlxalq ictimaiyyətlə həmrəyliyinin ifadəsi olaraq aprelin 3-dən etibarən virusdan zərərçəkən dövlətlərin bayrağı həmin ölkənin musiqisinin müşayiəti ilə dünya memarlıq abidələrindən olan Heydər Əliyev Mərkəzinin binası üzərində nümayiş etdirilir. 

Ölkələrin adının ingilis dilindəki əlifba ardıcıllığına uyğun olaraq hər gün bir dövlətin bayrağı bina üzərində təqdim olunur. Bununla Heydər Əliyev Mərkəzi COVID-19-un geniş yayıldığı dövlətlərə və onların xalqlarına dəstəyini, hörmət və ehtiramını ifadə edir.

Xatırladaq ki, ötən gün  Çin Xalq Respublikasının bayrağı bu ölkənin musiqisinin müşayiəti ilə proyeksiya olunub. 

Mərkəzin binası üzərində proyeksiya hər gün saat 20:00-dan gecə saat 00:00-dək davam edəcək.