Bakı şəhəri Nizami rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
“Qafqazinfo”nun “Azəriqaz”a istinadən məlumatına görə, Nizami rayonu, Ə.Kürçaylı küçəsi 20 ünvanında yerləşən diametri 219 mm-lik orta təzyiqli qaz xəttinin yerinin dəyişdirilməsi, yeni çəkilmiş qaz xətlərinin qaz təchizatı mənbəyinə birləşdirilməsi və qaz təchizatı şəbəkəsində aşkar olunmuş sızmaların ləğvi ilə əlaqədar bu gün saat 10:00-dan 18:00-dək Nizami rayonu 8-ci kilometr qəsəbəsində təbii qazın verilişində fasilələr yaranacaq.
Aparılan işlərin Xətai rayonu Gəncə prospekti və UPD yaşayış massivinin bir hissəsinin qaz təchizatına təsir göstərməsi mümkündür.
Son xəbərlər
Son Xəbərlər