Axtarışda olan 24 nəfər saxlanılıb

axtarisda-olan-24-nefer-saxlanilib
Oxunma sayı: 1262

Respublikanın daxili işlər orqanları ötən gün ərzində törədilmiş 19 cinayətin üstünü “isti izlər”lə açıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən "Qafqazinfo"ya bildiriblər ki, əvvəlki dövrlərdən bağlı qalmış dörd cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 24 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 7 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 10, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 22 nəfər saxlanılıb.