Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün 99 cinayət faktı qeydə alınıb. Onların 31-nin üstü “isti izlər”lə açılıb.
“Qafqazinfo” Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 38 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.
Respublikanın avtomobil yollarında baş vermiş 5 yol-nəqliyyat hadisəsi nəticəsində 1 nəfər ölüb, 6 nəfər isə xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklə əlaqəli 13 fakt müəyyənləşdirilib.
Cinayət törətdiklərinə görə 62 nəfər tutulub.
Son xəbərlər
Son Xəbərlər