Axtarışda olan 8 nəfər saxlanılıb

axtarisda-olan-8-nefer-saxlanilib
Oxunma sayı: 1524

Ötən gün ərzində törədilmiş 19 cinayətin üstü respublikanın daxili işlər orqanları tərəfindən “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış üç cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 8 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 4 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 10, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 26 nəfər saxlanılıb.