Paytaxtda vətəndaşlara müxtəlif texnikum və ali məktəblərə qəbul etdirəcəyi ilə bağlı vəd verib külli miqdarda pul mənimsəyən qadın saxlanılıb.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, Gürcüstanda anadan olan 1980-ci il təvəllüdlü Yeganə Zeynalova bir müddət öncə axtarışa verilib. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (külli-miqdarda dələduzluq) maddəsi ilə ittiham olunub.
Nərimanov RPİ 16-cı Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində axtarışda olan Y.Zeynalova saxlanılıb.
Qeyd edək ki, zərərçəkənlərdən biri, Bakı sakini 1962-ci il təvəllüdlü Əhməd Əkbər oğlu Əhmədov polisə müraciət edərək bildirib ki, 2008-ci ilin fevral ayında 1980-ci il təvəllüdlü Yeganə Zeynalova onun qızını texnikumların birinə qəbul etdirmək adı ilə ondan 4400 manat pul alıb. Lakin o sonra verdiyi sözə əməl etməyib və pulu da geri qaytarmayıb.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər