Axtarışda olan qadın 6 il sonra saxlanıldı

axtarisda-olan-qadin-6-il-sonra-saxlanildi
Oxunma sayı: 1191

Dələduzluğa görə axtarışda olan qadın 6 il sonra saxlanılıb. 

"Qafqazinfo" xəbər verir ki, bu barədə DİN mətbuat xidmətinin Lənkəran regional qrupu məlumat yayıb. 

Qeyd olunub ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci (Dələduzluq; təkrar törədildikdə) və 178.2.3-cü (Dələduzluq; şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) maddələrinə əsasən barəsində 31.08.2015-ci il tarixdən axtarış elan edilmiş Astara rayonunun Şahağacı kənd sakini K. Şükürova Tovuz rayonu ərazisində saxlanılıb.