Axtarışda olan şəxs narkotiklə tutuldu

axtarisda-olan-sexs-narkotikle-tutuldu
Oxunma sayı: 762


DGK-dan “Qafqazinfo”ya verilən məlumata görə, axtarışda olan Şöhrət Rəhmənovun Lənkəran rayonunun Göyşaban kəndində olduğu barədə Astara Gömrük İdarəsinə məlumat daxil olub və sözügedən ərazidə müvafiq tədbirlər həyata keçirilib.

Gömrük əməkdaşları tərəfindən Lənkəran rayonu Göyşaban kəndi ərazisində saxlanılan həmin kənd sakini Ş.Rəhmənovun idarə etdiyi “Vaz 21074” markalı nəqliyyat vasitəsinə baxış keçirilib.

Avtomobilin salonunda, siqaret qutusunun içərisindəki 1 ədəd bükümdə xalis şəkisi 0,121 qram olan narkotik vasitə - heroin, 1 ədəd bükümdə isə xalis şəkisi 0,205qram olan psixotrop maddə - metamfetamin aşkar edilib.

Murad Əhməd