Axtarışda olan üç nəfər saxlanılıb

axtarisda-olan-uc-nefer-saxlanilib
Oxunma sayı: 867

Bakının polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 8-də 22 cinayətin üstü açılıb. Onlardan 7-si əvvəlki dövrlərdən bağlı olan cinayətlər olub.

Bu barədə "Qafqazinfo"ya Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətindən məlumat verilib.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olduğuna görə ümumilikdə 3 nəfər saxlanılıb.

Narkotiklərlə əlaqəli 3, oğurluq üzrə 6 fakt müəyyən edilib. İtkin düşmüş kimi axtarışı elan olunan 4 nəfər tapılaraq ailəsinə təhvil verilib.

Hər bir fakt üzrə müvafiq idarə, şöbə və bölmələrdə araşdırmalar davam etdirilir.