Axtarışdakı 14 nəfər tapılıb

axtarisdaki-14-nefer-tapilib
Oxunma sayı: 712

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində 93 cinayət faktı qeydə alınıb, onların da 10-u “isti izlər”lə açılıb.

“Qafqazinfo” Daxili İşlər Nazirliyinin (DİN) saytına istinadən xəbər verir ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 14 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib. 

Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb, 6 nəfər xəsarət alıb. 

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 3 fakt müəyyən edilib. 

Cinayət törətməkdə şübhəli bilinən 12 nəfər tutulub.