Ay ərzində bir-birini “Ramazan bayramın mübarək” deyə təbrik etmək olarmı?

ay-erzinde-bir-birini-ramazan-bayramin-mubarek-deye-tebrik-etmek-olarmi
Oxunma sayı: 1585


Cavab: Ramazan ayların içində ən mübarək ay sayılır. Müsəlmanlar bu ayın gəlişi münasibəti ilə sevinirlər. Bu münasibətlə bir-birini təbrik etmələri də təbii və xoşagələn haldır. Amma unutmaq olmaz ki, Ramazan bayramı (yəni Fitr bayramı) – Ramazan ayı bitdikdən sonra qeyd edilir. Ramazan ayının əvvəlində və ya bu ayın ərzində bir-birini “Ramazan bayramın mübarək” deyə təbrik etmək əslində doğru deyil. Bunun əvəzində “Ramazan ayın mübarək” ifadəsini işlətmək daha doğrudur.

islam.az