Ay tutulması belə görüntüləndi - Dünyadan fotolar və video

ay-tutulmasi-bele-goruntulendi
Oxunma sayı: 4382

Xəbər verdiyimiz kimi, bu gün əsasən şimal yarımkürəsindəki bir çox ölkələrdə tam Ay tutulması qeydə alınıb.

“Qafqazinfo” xəbər verir ki, nadir təbiət hadisəsi 15:48-də başlayıb və 19:11-də başa çatıb.

Tutulmanı Azərbaycanda da aydın şəkildə izləmək mümkün olub.

Qeyd edək ki, sonuncu dəfə tam Ay tutulması 152 il öncə - 1866-cı ildə qeydə alınıb. Bu il 3 dəfə Günəş, 2 dəfə Ay olmaqla, ümumilikdə 5 dəfə tutulma hadisəsi olacaq.

Bu gün Ay tutulması zamanı dünyanın müxtəlif ölkələrində lentə alınan maraqlı görüntüləri təqdim edirik: