Aya uçmaq üçün özünə sevgili axtarır

aya-ucmaq-ucun-ozune-sevgili-axtarir
Oxunma sayı: 1304

Yaponiyalı milyarder Yusaku Maesava raket və kosmik aparatlar isteshal edən “SpaceX”in Aya təşkil edəcəyi turist səfəri üçün özünə sevgili axtarır.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, 44 yaşlı “moda imperatoru” özünün rəsmi internet səhifəsində artıq bunla bağlı elan da verib. Qızlar Yusaku ilə Aya getmək üçün yanvarın 17-dək müraciət edə bilərlər. Şərtlər iş adamının saytında dərc olunub. Yusaku Aya kiminlə gedəcəyini martda açıqlayacaq.

Aya uçuş 2023-cü ildə olacaq.

Qeyd edək ki, 3 milyard dollar sərvəti olan Maesava bir qədər əvvəl 27 yaşlı aktrisa sevgilisi Ayame Qorikidən ayrılıb.