Bakıda sexdə yaralanan şəxs iki həftə sonra vəfat edib.
"Qafqazinfo"nun verdiyi xəbərə görə, fevralın 6-da 1993-cü il təvəllüdlü Babək Həsənovun Kliniki Tibbi Mərkəzdə ölməsi faktı ilə bağlı Qaradağ rayon Prokurorluğuna məlumat daxil olub.
Aparılan ilkin araşdırma zamanı müəyyən edilib ki, B.Həsənov Puta qəsəbəsində yerləşən poladəritmə sexində iş zamanı sol ayağına dəmir düşməsi nəticəsində xəsarət alaraq yanvarın 25-də Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Babək Həsənovun fevralın 6-da halı qəfildən pisləşib və müalicə aldığı xəstəxanda ölüb. Hadisə yerinə baxış keçirilib, ölümün səbəbinin müəyyən olunması məqsədi ilə məhkəmə tibb ekspertizası təyin olunub. Qaradağ rayon prokurorluğunda digər zəruri istintaq hərəkətləri aparılır.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər