“Ayaks” Babellə yollarını ayırdı

“Ayaks” Babellə yollarını ayırdı
Oxunma sayı: 994

Niderlandın “Ayaks” klubu iki futbolçusu ilə yollarını ayırıb.

"Qafqazinfo" xəbər verir ki, Erediviziya nəhəngi Rayan Babel və Bruno Varela ilə əməkdaşlığa son qoyub.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Amsterdam təmsilçisi hər iki futbolçuya gələcək karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, “Ayaks” Niderland millisinin üzvü olan Babeli Türkiyənin “Qalatasaray” klubundan, Varelanı isə Portuqaliya “Benfika”sından icarəyə götürmüşdü.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi