Bu gün UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk oyunu keçiriləcək.
“Qafqazinfo” xəbər verir ki, sürpriz qələbələrlə bu mərhələyə qədər gələn “Tottenhem” və “Ayaks” qarşılaşacaq.
Bu komandalar arasında cavab görüşü isə mayın 8-də “Ayaks”ın meydanında baş tutacaq.
30 aprel
23:00. “Tottenhem” (İngiltərə) - “Ayaks” (Hollandiya)
Baş hakim: Antonio Mateo Laos (İspaniya)
***
“Ayaks” 15-ci dəqiqədə hesabı açır. Van de Beek fərqlənir.
***
“Tottenhem”in heyətində məcburi dəyişiklik. Yan Vertongen zədədən sonra huşunu itirərək meydanı tərk edir. Onu Mussa Sissoko əvəz edir.
***
İlk hissə başa çatır. “Ayaks” hesabda öndədir.
***
İkinci hissə başladı.
***
Oyun bitdi. "Ayaks" 1:0 qalib gəldi.
Son xəbərlər
Son Xəbərlər