“Ayaks” məşqlərə başladı - Fotolar

ayaks-mesqlere-basladi
Oxunma sayı: 1250

Niderlandın “Ayaks” klubu məşqləri bərpa edib.

"Qafqazinfo" xəbər verir ki, əsas komandanın 24 futbolçusu 2 qrupa bölünüb və fərqli günlərdə hazırlıq keçir. Məşq zamanı 3 futbolçu və 1 məşqçi birgə hazırlaşır.

Futbolçular meydana tibbi əlcəklə çıxır və sosial məsafəyə riayət edirlər.

Qeyd edək ki, COVID-19 pandemiyasına görə Niderland Erediviziyasında 2019/20 mövsümü ləğv edilib.