“Ayaks”dan 36-cı çempionluq

ayaksdan-36-ci-cempionluq
Oxunma sayı: 907

Niderland Erediviziyasında 2021/2022 mövsümünün qalibi bəlli olub.

“Qafqazinfo” xəbər verir ki, 33-cü turda evdə “Herenven”i 5:0 hesabı ilə məğlub edən “Ayaks” sona 1 tur qalmış çempionluğunu rəsmiləşdirib. 

Xallarını 82-ə çatdıran Amsterdan təmsilçisi ən yaxın izləyicisi PSV (78 xal) üçün əlçatmaz olub. 

Qeyd edək ki, bu, “Ayaks” təmsilçisinin ümumilikdə 36-cı çempionluğudur.