Ayan 25 yaşını qeyd edir- - "Düşmənlərimdən üzr istəyirəm..."

ayan-25-yasini-qeyd-edir-
Oxunma sayı: 10343


"Qafqazinfo" xəbər verir ki, o,  Aktual.az-a təəssüratlarını bölüşüb: “Çox gözəl əhval-ruhiyyədəyəm, dostlarım mənə sürpriz edib məclis təşkil edirlər. Doğum günü məclisi iki ayrı məkanda olacaq. Digər doğum günü partisi gecədən səhərə qədər davam edəcək. Dostlarım o qədər çoxdur ki, iki məclis keçirmək məcburiyyətində qaldıq”.

Müğənninin hazırda Türkiyədə çalışan qardaşı da yanında olacaq: “Bilirsiniz ki qardaşım Samirlə əkizik, eyni gündə doğulmuşuq. O da Türkiyədən buraya, mənim yanıma gəlib. Hamılıqla əylənəcəyik”

Ayan Babakişiyevanın sonda “üzrxahlıq” etməyi də unutmayıb: “Düşmənlərimdən üzr istəyirəm, onları hələ çox intizarda saxlamalı olacağam. Bilirəm, səbirsizliklə mənim yıxılmağımı gözləyirlər. Amma inciməsinlər, məndə həyat yaxşıdan lap yaxşıya doğru davam edir”