Ayan 60 minə maşın aldı

ayan-60-mine-masin-aldi
Oxunma sayı: 3667


“Qafqazinfo”ya açıqlamasında müğənni bildirib ki, “Dodge” markalı avtomobili böyük maşınları sevdiyi üçün alıb:

“Ailəm böyüyüb, mənə böyük avtomobil lazım idi. Selena üçün avtomobilimi dəyişdim. Qızımın rahatlığı hər şeydən vacibdir. Böyük maşınları sevirəm, sürmək daha rahat olur. Avtomobilimin markası “Dodge”dir, 60 min manata almışam. Çox razıyam. Digərini isə satışa çıxarmışam”.

Sənətçi qarşıdan gələn “Sevgililər günü”ndən də bəhs edib:

“Həyatımda sevgi yoxdur, “Sevgililər günü”nü qızımla keçirəcəm. Gizli  pərəstişkarım var. Güllər, bahalı hədiyyələr göndərir. Kim olduğunu bilmirəm. Kim olduğunu bəlli etsə, yaxşı olardı. Mənim üçün çox maraqlıdır. Bir münasibətdə sevgi vacib deyil, hörmət, qayğı hər şeydən üstündür.  İnanıram ki, qarşıma mənə sevgidən çox, hörmət edəcək biri çxacaq. Bütün sevənlərin bayramını təbrik edirəm”. 

Könül