Ayan Babakişiyeva ilk dəfə qızını göstərdi- - Fotolar

ayan-babakisiyeva-ilk-defe-qizini-gosterdi-
Oxunma sayı: 4631


“Qafqazinfo”nun məlumatına görə, 7 martda Xəzər TV-də teleaparıcı Zaur Kamalın təqdimatında yayımlanan “Ay Zaur” verilişində Ayan övladını görmək istəyənlərin intizarına son qoyub. Proqram Azərbaycanın ikinci böyük şəhəri hesab edilən Gəncədə çəkilib. 

Saytımıza açıqlama verən Ayan, bu və digər suallara ətraflı şəkildə belə aydınlıq gətirib : 

“İlk əvvəl onu vurğulayım ki, Gəncə, mənim və əkiz qardaşım, hazırda Türkiyədə yaşayıb-fəaliyyət göstərən Samir Babakişiyevin dünya göz açdığı şəhərdir. Qohumlarımızın hamısı bu şəhərdə yaşayır. Biz öncədən düşünmədik ki, "Ay Zaur "u bir həftə öncə Nizami yurdunda çəkək. Həm Zaur, həm də verilişin redaktoru Nəzakət xanım Selenanın ad gününü Gəncə şəhərində təmtəraqlı şəkildə qeyd etmək istədiyimi bilincə təklif irəli sürdülər ki, martın 1-dən əvvəl qonağımız olub, qızımı ilk olaraq onların komandası görüntüləsin. Bir açıqlamanı da edim, Selena dünyaya gələndən bu veriliş efirdə yayımlanana qədər doğmalarım və dostlarımdan başqa heç kim qızımı yaxından görməmişdi. 

Hətta İnstagram foto-servisində olan profilimdə də qızımın üzünü kimsəyə göstərməmişəm. Bunun bir neçə səbəbi var idi. Detallarından danışmaq niyyətim yoxdur. Amma Xəzər TV-də çalışan dostlarıma söz vermişdim ki, Selenam eksklüziv olaraq bu telekanalın verilişlərinin birində tamaşaçılara göstəriləcək, ardından fotosessiya saytlarda dərc olunacaq. 

Ən sonsuz minnətdarlığım isə başımın tacı, daim mənə yaşam stimulu verən anam Sevda xanımın ünvanadır. Niyə görə Selenanın ad gününü Gəncədə keçirdiyimin ən önəmli səbəblərindən biri də bir neçə ay bundan əvvəl dünyasını dəyişən Leylan nənəmə verdiyim sözlə bağlı idi. Nənəm vəsiyyət etmişdi ki, nəticəsinin ilk ad gününü ana yurdumuzda keçirək”. 

Fotolar: Rəşad Abbasov