Ayan əməliyyat olunması ilə bağlı xəbərlərdən danışdı

ayan-emeliyyat-olunmasi-ile-bagli-xeberlerden-danisdi
Oxunma sayı: 3005


“Qafqazinfo”nun məlumatına görə, müğənni yayılan məlumatların əsassız olduğunu qeyd edib:

“Belə bir xəbər yayılıb ki, guya burun əməliyyatı keçirmişəm. Əsla. Olsaydı gizlətməzdim. Neçə il öncə çəkilən fotoya baxmaqla, bu qənaətə gəlmək olmaz. İnsan fotolarda müxtəlif cür düşür. Burun əməliyyatı keçirmədiyimi bildirmək istəyirəm”.

Daha sonra ifaçı yaradıcılığındakı yeniliklərdən söhbət açıb: 

“Elçin İmanovun Zemfira Əlişqızının sözlərinə yazdığı “Qorxuram gecələrdən” mahnısını lentə yazdırıram. Bu mahnı 5 il öncə yazılıb. Elçin müəllim bu mahnını 5 il öncə bəstələyib. Onu lentə yazdırmaq ərəfəsində başqa yeni mahnılar ortaya çıxdı. Elçin müəllim özü hələlik bu mahnını saxlamağı məsləhət gördü. Fasiləni qırmaq ərəfəsində ikimiz də bu  qənaətə gəldik ki, mahnı yazılsın. Sözlərinə baxmayaraq, mahnı dinamikdir. Bunun ardınca başqa müəlliflərin bir neçə mahnısı yazılacaq”.