Ayan qızına ad günü keçirdi - Fotolar

ayan-qizina-ad-gunu-kecirdi
Oxunma sayı: 9399

Müğənni Ayan Babakişiyeva qızına ad günü keçirib.

“Qafqazinfo”nun məlumatına görə, mərasim Bakının məşhur restoranlarından birində baş tutub.

2 yaşı olan Selenanı təbrik üçün müğənnin həmkarları, dostları və qohumları bir araya gəlib.

Bəstəkar Elçin İmanov, müğənnilər Nadir Qafarzadə, Xatirə İslam, Günay İbrahimli, Vasif Məhərrəmli, Emil Bədəlov, Gülay Zeynalova kimi məşhurlar Ayanın sevincinə şərik olublar.

Fotolar: Nuran