“Qafqazinfo”ya açıqlamasında ifaçı artıq şəxsi həyatı haqda danışmaq istəmədiyini və yayılan məlumatların əhval-ruhiyyəsinə mənfi təsir göstərdiyini qeyd edib:
“Bu xəbəri mən sizdən eşidirəm, insanın şəxsi həyatına bu qədər müdaxilə etmək olmaz. Media mənsumlarına müraciət edirəm, artıq məndən xəbərsiz şəxsi həyatımla bağlı məlumatlar yaymasınlar. Vəkilimlə danışmışam mətbuatda, televiziyada mənim dilimdən eşidilməyən məlumatlar yayımlansa, həmin qurumu məhkəməyə verəcəm. Bu xəbərlər əhval-ruhiyyəmi pozur. Mən anayam, övladıma baxmalıyam, onun qayğısına qalmalıyam. Yenidən yaradıcılıq fəaliyyətimi bərpa etmişəm, yeni mahnılar yazdırıram. Bu neqativ hadisələr mənə pis təsir edir, ruh düşkünlüyü yaşayıram. Bütün jurnalistləri çox istəyirəm, hamısına hörmətim var. Xahiş edirəm, artıq şəxsi həyatımla bağlı məlumatlar yayımlanmasın”.
Könül
Son xəbərlər
Son Xəbərlər