Ayan Babakişiyevaya yeni avtomobillə çəkilən fotosunu sosial şəbəkədə paylaşıb.
Müğənni “Qafqazinfo”ya bildirib ki, “BMW” markalı avtomobili Türkiyədən alıb:
“Avtomobili Türkiyədən almışıq, dünən gəlib. Qardaşım alıb, maşın onun üçün alınıb. Ancaq onu deyim ki, avtomobili hələ ki, mən sürürəm. Hamı bilir ki, Türkiyədə maşınlar çox baha olur, qiymətini deməsəm daha yaxşı olar”.
Xatırladaq ki, A. Babakişiyeva bir müddətdir Türkiyədə yaşayır.

Son xəbərlər
Son Xəbərlər