“Ayanla birgə “partlayışa” hazırlaşırıq”

ayanla-birge-partlayisa-hazirlasiriq
Oxunma sayı: 1329


“Bildiyiniz kimi mən Ayanla “Sənin üçün” adlı mahnını oxudum və sevildi. Müğənni üçün ən böyük uğur, mahnılarının sevilməsidir. Həmin bəstənin bu qədər seviləcəyini gözləmirdik. Bu duet “Youtube” kanalında rekord sayda baxış yığdı. Düşünürəm ki, bu uğura tək yox, Ayanla birlikdə imza atdıq. Onu da deyim ki, bir neçə il öncə Ayanı yaxından tanımırdım. Tanıyandan sonra ona hörmətim artdı. Özünə hörmət edən mərd xanım və dostdur. Allahın köməyi ilə növbəti duet üzərində çalışırıq. Yeni duetimizin seviləcəyinə inanıram. Sənətimizi sevənlər bilsin ki, Ayanla birgə “partlayışa” hazırlaşırıq. Hansı bəstəkarın mahnısını duet ifa edəcəyimizi isə hələ ki, sirr saxlayırıq. Bu barədə yaxın müddətdə mətbuata açıqlama veriləcək”. 

Qeyd edək ki, N.Qafarzadə ilə A.Babakişiyevanın 2013-ci ildə ifa etdiyi “Sənin üçün” adlı bəstə ilin ən çox dinlənilən dueti olmuşdu. Bəstənin müəllifi isə Samir Vida idi. Könül