Ötən gün Nyu-Yorkda Qarri Rossun çəkdiyi "Ocean's 8" filminin qala gecəsi keçirilib.
"Qafqazinfo" xarici KİV-ə istinadən xəbər verir ki, qala gecəsinə qatılanlar arasında braziliyalı model Adriana Lima da olub. Model qara və uzun yarıqlı libası ilə qırmızı xalının ulduz qonağına çevrilib. Tez-tez uzun ayaqlarını nümayiş etdirən Lima bu hərəkətləri ilə Hollivud ulduzu Ancelina Colini xatırladıb.
Belə ki, Colinin 2012-ci ildə "Oskar" mükafatlandırma mərasimində qara yarıqlı libasla ayaqlarını nümayiş etdirməsindən sonra məşhurlar arasında bu, trendə çevrilib.







Son xəbərlər
Son Xəbərlər