“Ayaqlarım artıq sözümə baxmır” – Müsahibə

“Ayaqlarım artıq sözümə baxmır” – <font color=red>Müsahibə</font>
Oxunma sayı: 359

- Son üç turda “Qarabağ” yalnız 1 xal topladığı halda qol vura bilməyib...
- Əgər ümumilikdə götürsək, biz bu oyunlarda 15-ə yaxın qol vəziyyəti yaratmışıq. Sadəcə, top qapıya getmək istəmir. Futbolda belə şeylər olur. “Xəzər Lənkəran” cəmi bir qol vəziyyəti yaratdı, ondan da istifadə etdi. “Xəzər Lənkəran”ı məğlub etməyi çox istəyirdik, amma alınmadı.

- Artıq hər il avrokuboklardan sonra belə uğursuzluqla üzləşirsiz...

- Ötən mövsümlərlə müqayisə etsək, bu il oyunumuz qaydasındadı. Sadəcə, qol vura bilmirik. Qol vura bilmədikcə də həvəs azalır. “Sumqayıt Şəhər”lə oyunda 10 qol vəziyyəti yaratdıq, heç birindən qol səsi çıxmadı.

- Son oyunda Kamran Ağayevə kəskin şəkildə nəyisə izah etməyə çalışırdınız. Nə baş vermişdi?

- Komandaları hesabda öndə olduğundan vaxtı uzatmağa çalışırdılar. Mən də xahiş etdim ki, vaxtı öldürməsinlər.

- Ümumiyyətlə, siz son oyunlarda çox əsəbi görünürsüz və mübahisələrə girişirsiz...

- Mən bunu yorğunluqla izah edərdim. Şəxsən mənim ayaqlarım artıq sözümə baxmır. “Kəpəz”, “Qəbələ”, yığmanın iki oyunu, “Sumqayıt Şəhər”, “Xəzər Lənkəran”. Yorulmuşam artıq.

- Hesab etmirsiz ki, komandanın hücum xəttində problemlər var?

- Mən belə hesab etmirəm. Belə şeylər olur. Oynamaq lazımdı. Nə qədər ki, bizdə belə meydançalar olacaq, futbolumuz elə yerində sayacaq. Əgər futbolun inkişafını istəyiriksə, stadionları qaydasına salmalıyıq. Bu, təkcə “Qarabağ”a yox, bütün klublarımıza aiddi. Biz texnikalı futbol oynamaq istəyirik. Amma qazonlar buna imkan vermir. Klublar bu problemə ciddi yanaşmalıdılar.

- Oyundan sonra rəhbərlik sizə nə dedi?

- Sadəcə, ruhdan düşməməyi və qarşıdakı oyunlara yaxşı hazırlaşmağı xahiş etdilər.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi