Aktrisa Burcu Kara restoranların birindən çıxarkən fotoqrafların obyektivinə tuş gəlib.
“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, Burcu bir müddət əvvəl ayağının üstündən maşınla keçən sürücünü məhkəməyə verdiyini söyləyib.
Aktrisa həyatında ilk dəfə biri üçün məhkəməyə müraciət etdiyini söyləyib:
“Sürücüyə çox əsəbiləşdim. O, xoşniyyətli addım atmadı. Anidən qəza törədə bilər. Ancaq o günahsız deyil, bu səbəbdən şikayətçi oldum”.
Qeyd edək ki, Kara ad günü tədbirindən çıxan zaman maşın ayağının üstündən keçmiş, ayaqqabısı cırılmışdı.



Son xəbərlər
Son Xəbərlər