“Ayasofya qərarı Rusiya-Türkiyə münasibətlərinə zərər verməz” - Kreml

ayasofya-qerari-rusiya-turkiye-munasibetlerine-zerer-vermez
Oxunma sayı: 2716

Rusiya Prezidentinin sözçüsü Dmitriy Peskov Ayasofyanın məscidə çevrilmə qərarının Rusiya-Türkiyə münasibətlərinə zərər verməyəcəyini bildirib.

"Qafqazinfo" xəbər verir ki, Dmitriy Peskov bu barədə "Avtoradyo" radiokanalına müsahibəsində açıqlama verib.

"Ayasofya qərarının rus-türk münasibətlərinə zərər verəcəyini düşünmürəm. Bu məsələnin Türkiyənin daxili işi olduğuna dair bizim rəsmi mövqeyimiz var. Türk tərəfdaşlarımızın hər hansı bir qərarda Ayasofyanın daha əvvəl UNESCO-nun Dünya Mədəniyyət Mirasları siyahısında olduğunu və bir çox xristiyan və ortodokslar üçün müqəddəs məna daşıdığını nəzərə alacağına ümid edirik",-deyə Peskov bildirib.