Ayasofya yenidən məscid adlanacaq

ayasofya-yeniden-mescid-adlanacaq
Oxunma sayı: 1914

UNESCO-nun Dünya Mədəni İrsi siyahısında yer alan, tikildiyi dövrdə provoslav kilsəsi, daha sonra məscid, hazırda isə muzey olan Ayasofya məbədinin statusu yenidən dəyişdiriləcək.

“Qafqazinfo” “Yeni Şafak”a istinadən xəbərt verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulun Sultanbəyli səmtində əhali ilə görüşündə həmin muzeyin 31 martda keçiriləcək bələdiyyə seçkilərindən sonra məscid adlandırılacağını bildirib:

“Qüdsü, Fələstini, Qola təpələrini istədikləri kimi qəsb edə biləcəklərini düşünənlər, bizdən intiqam almaq istəyir. Nə olursa olsun, təki millətimiz bizimlə olsun. Düşmənimiz çox olsa da olar. Allahın izni ilə hamısının öhdəsindən gələrik. İnşallah,bazar günü seçkidən sonra Ayasofyanı yenidən məscid adlandıracağıq”.