Türkiyə Dövlət Şurası məhkəməsinin 10-cu palatası Ayasofya məbədinin muzeydən məscidə çevrilməsi ilə bağlı qərar verib.
“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, 10-cu palata məbədin muzeyə çevrilməsi ilə bağlı Nazirlər Kabinetinin 24 noyabr 1934-cü il tarxili qərarını ləğv edib. Bildirilib ki, Ayasofya Fatih Sultan Mehmet Han Vəqfinin mülkiyyətindədir və məscid olaraq ictimaiyyətin xidmətinə təqdim edilib.
Prezident Rəcəb Tayyib Ərdoğan da məhkəmə qərarını təsdiqləyib. Ərdoğan Ayasofyanın Diyanət İşləri Nazirliyinin tabeliyinə verilərək ibadətə açılması ilə bağlı qərarı “xeyrili olsun” yazaraq sosial şəbəkədə paylaşıb.

Son xəbərlər
Son Xəbərlər