Ayasofyaya giriş pulsuz oldu, ilk namazın vaxtı açıqlandı

ayasofyaya-giris-pulsuz-oldu-ilk-namazin-vaxti-aciqlandi
Oxunma sayı: 3945

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan məhkəmənin Ayasofya muzeyinin məscidə çevrilməsi haqda qərarını təsdiqlədikdən sonra xalqa müraciət edib.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, türkiyəli lider Ayasofyanın ibadətə açılacağı tarixi açıqlayıb:

“Bu qərarın millətimizə, ümmətə və bütün bəşəriyyətə xeyrili olmasını diləyirəm Ayasofya məscidinə ödənişli giriş ləğv edilir. Bütün məscidlərimiz kimi Ayasofyanın da qapıları hər kəsə açıq olacaq.

Bütün hazırlıqları tamamlayıb Ayasofyanı 24 iyul 2020-ci ildə Cümə namazı ilə birlikdə ibadətə açmağı planlaşdırırıq”.

Ərdoğan muzeyin məscidə çevrilməsinə birmənalı yanaşmayanlara belə cavab verib:

“Memar Sinan Ayasofyada ən çox əməyi olan insanlardandır. Türk millətinin Aya Sofya üzərindəki haqqı 1500 il əvvəl bu əsəri inşa edənlərdən az deyil. Əksinə, millətimizin bəşər tarixinin ən mühüm mirası arasında göstərilən Ayasofyadakı haqqı daha çoxdur”.