Ayaz Quliyev “Arsenal”a keçdi

ayaz-quliyev-arsenala-kecdi
Oxunma sayı: 1849

Rusiyanın “Spartak” klubundan ayrılan Ayaz Quliyevin yeni komandası müəyyənləşib.

“Qafqazinfo” xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi bundan sonrakı karyerasını “Arsenal”da davam etdirəcək.

Bu barədə Tula təmsilçisinin rəsmi saytı məlumat yayıb. Azərbaycan əsilli futbolçu yeni klubu ilə 2 illik müqaviləyə imza atıb.

Qeyd edək ki, “Spartak”ın yetirməsi olan Quliyev bu komanda ilə yanaşı, “Anji” və “Rostov”un da formasını geyinib.