AYB-nin katibləri kimlər oldu?

ayb-nin-katibleri-kimler-oldu
Oxunma sayı: 1021


“Qafqzinfo” “Media forum” saytına istinadən xəbər verir ki, qurultayda keçirilən səsvermə zamanı Fikrət Qoca Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, Çingiz Abdullayev təşkilat-təsərrüfat məsələləri üzrə katib, Arif Əmrahoğlu yaradıcılıq məsələləri üzrə katib, Rəşad Məcid gənclərlə iş üzrə katib vəzifələrinə seçiliblər.

Adıçəkilən şəxslər XII qurultaya qədər də bu postları tuturdular.

Azərbaycan yazıçılarının XII qurultayı iyunun 17-də Bakıda, Akademik Milli Dram Teatrında keçirilib.