Aybəniz Haşımova qızıl yel xəstəliyinə yoluxub

aybeniz-hasimova-qizil-yel-xesteliyine-yoluxub
Oxunma sayı: 4855

Əməkdar artist Aybəniz Haşımovanın səhhətində problem yaranıb. “Qafqazinfo” xəbər verir ki, bu barədə sənətçi feysbuk sosial şəbəkəsində məlumat verib.

Müğənni qeyd edib ki, qızıl yel xəstəliyindən əziyyət çəkir:  “Bir neçə gündür ki, canlı musiqiləri sizə təqdim edə bilmirəm. Əsla düşünməyin ki, sizi unutmuşam. Sadəcə olaraq, sağlamlığımda ciddi problem yaşayıram. Ayaqlarımla bağlıdır. Yəqin ki, qızıl yel xəstəliyini eşitmisiz”.

Qeyd edək ki, qızıl yel xəstəliyi dərinin kəskin infeksioz iltihabi xəstəliyidir. Əsasən aşağı ətraflarda qızartılı ağrılı şişmə ilə özünü göstərir. Müdaxilə edilmədiyi təqdirdə proqressiv seyir göstərərək həyati təhlükəli fəsadlar verir.