Aybəniz Haşımova sponsor axtarır

aybeniz-hasimova-sponsor-axtarir
Oxunma sayı: 2151

Əməkdar artist Aybəniz Haşımova da aparıcılıq edən müğənnilər karvanına qoşulub. “Qafqazinfo” xəbər verir ki, sənətçi bu barədə sosial şəbəkədə məlumat yayıb. 

İfaçı qeyd edib ki, tezliklə Space TV-də tamaşaçı qarşısına çıxacaq. Lakin o, proqramın adı və formatı barədə heç bir informasiya verməyib. 

Bundan başqa, Əməkdar artist verilişinə sponsor axtarışına da çıxıb. O, feysukda yazıb ki, maliyyə ayıracaq şirkətlərlə əməkdaşlıq etmək istəyir.