“Aynişan dünyaya hələ gəlməmişdi. Atasına həmişə deyirdim ki, kaş övladımızın gözləri sənə bənzəsin. Hər zaman o da deyirdi ki, sənə bənzəməyini istəyirəm. Bir gün övladımız oldu. Aman Allah, insan da bu qədər övladını sevərdimi? İnanın, ayaqlarının altından öpürdü, balasını duz kimi yalayırdı. Balamız çox körpə olsa da, əlləri, ayaqları sanki atasının idi. İnsan da bu qədər bənzəyərmi? Hər zaman 'sənə atan qurban olsun' deyərdi.
Qurban oldu. Amma bu dəfə tək balasına yox, həm də vətəninə qurban oldu. Mən isə hamısına qurban oldum”.
Son xəbərlər
Son Xəbərlər