“Bu gün həyatımın ən xoş xəbərlərindən birini aldım. Balam İstanbul Baxçaşehir Universitetinin “Yüksək lisans, Marketinq və İctimaiyyətlə əlaqələr” fakültəsinə qəbul olub. Aynişan orada magistratura təhsili alacaq. Çox sağ ol balam, mənə yaşatdığı bu xoş anlar üçün.
Balama bu yüksək pillələrə ucalmaq üçün kömək edən ölkəmin yüksək bilikli müəllimlərinə, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllim heyətinə, əzizim Mehriban Qasımovaya dərin minnətdarlığımı bildirirəm. Mənə və balamı Türkiyədə düzgün yola istiqamətləndirən ölkəmizin İstanbuldakı konsulu Həsən Zeynalova, dəyərli sənətkarımız Məlahət Abbasovaya, Erbay Şirinə, gözəl balamız Orxan Manaflıya dərin təşəkkürümü bildirirəm.
Xalid, balan bir yüksək pillə də qazandı. Bayramın mübarək.”
Könül
Son xəbərlər
Son Xəbərlər