“Ayda 2-3 dəfə iclasımız olur, onda da deyirsiz ki, görüşüm var”

ayda-2-3-defe-iclasimiz-olur-onda-da-deyirsiz-ki-gorusum-var
Oxunma sayı: 2126

Spiker Oqtay Əsədov Milli Məclisin plenar iclasının sonunda deputatlara irad bildirib.

Qafqazinfo”nun məlumatına görə, spiker qeyd edib ki, günün birinci yarısında iclasa qatılan deputatlar ikinci yarısında burada iştirak etmir:

“Kiminsə vacib işi olanda xəbər etmək lazımdır. Bizim iş yerimiz Mili Məclisdir. İndi biz günün ikinci yarısında da sizi qeydiyyat keçirək? Diqqətli olaq, bir-birimizə hörmət edək. Ayda iki-üç dəfə iclas keçirilir. Biri deyir ki, görüş yerim var. Sənin görüş yerin buradır. Ona görə də xahiş edirəm ki, bir-birimizə hörmət edək “.

Günel Türksoy