“Ayda bir ailə üçün sığortalı süni mayalanma edilməlidir”

ayda-bir-aile-ucun-sigortali-suni-mayalanma-edilmelidir
Oxunma sayı: 927

“Bizə müraciət edən şəhid ailələri övladlarının adının əbədiləşdirilməsini istəyirlər. Kifayət qədər küçələr var ki, şəhidlərin adını əbədiləşdirmək olar”. 

“Qafqazinfo” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən payız sessiyasının ilk iclasında komitə sədri deputat Qənirə Paşayeva deyib. O qeyd edib ki, təmsil etdiyi Tovuz rayonundan da belə müraciətlər də var: "Mən bununla bağlı Baş nazirə də müraciət etmişəm. Zəfər Gününə kimi qanun layihəsində də dəyişikliklər edilməsi yaxşı olar". 

Q. Paşayeva əlavə edib ki, ölkədə ailələrdə sonsuzluq problemi var: "Bunun həll edilməsi üçün İcbari Tibbi Sığorta Agentliyi tərəfindən heç olmasa, ayda bir ailə üçün süni mayalanma edilməlidir. Çünki paketlərə bu məsələ daxil edilmişdi. Reallıqda isə müraciət edən ailələrə kömək edilmir. Ölkədə dağılma həddində olan ailələrin sayı yüzlərlədir. Biz bununla nə qədər ailəni xilas edə bilərik". 

Günel Türksoy