“Ayda dağıntılar altından çıxarılarkən hönkür-hönkür ağladım” - Ərdoğan+Video

ayda-dagintilar-altindan-cixarilarken-honkur-honkur-agladim
Oxunma sayı: 7904

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İzmirdəki zəlzələdə dağıntılar altında qalan və 91 saat sonra xilas edilən 3 yaşlı Ayda Gezginin atasına zəng edib.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, Ərdoğan Aydanın atası Uğur Gezginə həyat yoldaşı Figen Gezginin vəfatına görə başsağlığı verib.

Aydanın xilas edilməsi əməliyyatını izlədiyini bildirən Ərdoğan deyib:

“Ayda dağıntılar altından çıxarılarkən hönkür-hönkür ağladım. Rəbbim səbrinizi artırsın. Allah Ayda balamızı sizə, bütün millətə bağışladı. Həmişə dua edirik”.

Qızcığazın səhhəti ilə maraqlanan türkiyəli lider “hər dəstəyi göstərəcəyik, sizin yanınızda olacağıq, heç narahat olmayın” deyib.