Aydan Salahovanın əsərləri Londonda

aydan-salahovanin-eserleri-londonda
Oxunma sayı: 3134

Londonun "Saatchi" qalereyasında azərbaycanlı rəssam Aydan Salahovanın "Revelations: New Work by Aidan" ekspozisiyasının qapalı nümayişi keçirilib.

“Qafqazinfo”nun buro247.az-a istinadən verdiyi məlumata görə, rəssamın işləri "Champagne Life" layihəsi çərçivəsində nümayiş olunacaq. Sərginin kuratoru Cenni Kristensendir.

"Üçölçülü obyekt reallıqdır. Rəssamlıq elektron formata da keçə bilər, çünki istifadəçi onu öz smartfonuna yükləyir. Heykəltəraşlıq isə reallıqla bağlı olan bir şeydir: ona toxunmaq olar", - deyə A.Salahova bildirib. Məhz onun heykəlləri qalereyanın sahibi və sərginin təşkilatçısı İqor Tsukanovun diqqətini cəlb edib.

Aydanın əsərləri - qərb rəssamlıq məktəblərinin akademik milli təhsillə qarışmasının ideal nümunəsidir. Onun qadınlar barədə izləyici ilə dialoqları çox maraqlıdır. "Mən çarşab geyinəndə mütləq azadlıq hissin keçirtmişdim. Qadın zahiri dünyadan və sosial çərçivələrdən, qayda, dinlərdən qapalı olanda o, özünü müəyyən mənada azad və yəqin ki, özü ilə səmimi hiss edir. Yəni mən dini motivləri istifadə edirəm, bu isə, sadəcə bizi əhatə edən damğalardır", - deyə Aydan Salahova The Art Newspaper-ə müsahibəsində bildirib.

13 yanvar-28 fevral tarixləri arasında istəyən hər kəs "Saatchi" qalareyasında ekspozisiyaya baxa bilər.