Aydın Əliyev gömrük rüsumlarından danışdı

aydin-eliyev-gomruk-rusumlarindan-danisdi
Oxunma sayı: 4266


 "Qafqazinfo" APA-ya istinadən xəbər verir ki, bunu jurnalistlərə Dövlət Gömrük komitəsinin sədri Aydın Əliyev deyib.

“ABŞ dolları ilə hesablanan rüsum və vergilər manatın məzənnəsi ilə toplanırdı. Gömrük faizləri istər idxal-ixrac, istərsə də əlavə dəyər vergisi və aksiz dərəcələri əvvəlki kimidir”, - deyə A. Əliyev bildirib.  

DGK sədri onu da qeyd edib ki, məzənnə siyasətinin dəyişdirilməsi ilə əlaqədar gömrük rüsumlarına yenidən baxılması gözlənilmir: “Gömrük rüsumları və aksiz dərəcələri ilə bağlı olan məsələlərə adətən növbəti ilin büdcəsi və plan-proqnozlar müzakirə olunarkən baxılır. İl yeni başlayıb, ona görə də bu məsələlər gündəmdə deyil”.