Aydın Əliyev Sabirabada gedir

aydin-eliyev-sabirabada-gedir
Oxunma sayı: 1042

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyev martın 30-da saat 11:00-da Sabirabad  şəhərindəki Heydər Əliyev Mərkəzində bu bölgədən olan vətəndaşları qəbul edəcək.

“Qafqazinfo” xəbər verir ki, qəbul zamanı bölgədə yerləşən-Sabirabad, Şirvan, Saatlı, İmişli, Beyləqan rayonlarının sakinlərinin, eləcə də bu bölgədə məskunlaşan məcburi köçkünlərin yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.