MSK bu məntəqələrin də nəticələrini etibarsız saydı - Yenilənib

msk-bu-menteqelerin-de-neticelerini-etibarsiz-saydi
Oxunma sayı: 4078

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 11 saylı Qaradağ Seçki Dairəsi daxil olmuş müraciətə baxılıb. “Qafqazinfo” xəbər verir ki, məsələ barədə MSK üzvü Arifə Muxtarova məlumat verib.

Namizəd Kamil Paşayev şikayətində səsvermə günü müşahidəçilərə qarşı qanunpozuntusu halının yaşandığını bildirib. Qeyd edib ki, bir çox məntəqələrdə müşahidəçilər təsdiq olunmuş protokolu almaqda çətinlik çəkib. MSK-nın araşdırması zamanı məlum olub ki, 25 seçki məntəqəsindən götürülmüş protokolların müqayisəli təhlili zamanı uyğunsuzluq müşahidə olunub.

Beləliklə, MSK qərara alıb ki, 25 saylı məntəqədə səsvermənin nəticələri etibarsız hesab edilsin.

Qeyd edək ki, həmin dairədə lider namizəd Aydın Hüseynovdur.

**

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 82 saylı Ağcabədi seçki dairəsindən daxil olmuş müraciətə baxılıb. “Qafqazinfo”nun verdiyi xəbərə görə, sözügedən dairədən namizədlər Hüseyn Talıbov, Fərid Məmmədov və digərlərinin müraciətinə baxılıb.

Namizədlər şikayətində səsvermə zamanı pozuntular olduğunu bildirib. Namizədlərin şikayətləri MSK tərəfindən araşdırılıb və 3 saylı məntəqədən başqa digər məntəqələrdə iddia olunan qanun pozuntuları təsdiqini tapmayıb. Bildirilib ki, 3 saylı seçki məntəqəsində seçki bitdikdən sonra topa bülletenin atılması halı, ümumilikdə, lider namizədin adının əks olunduğu 71 ədəd qanunsuz bülleten aşkar edilib.

MSK qərara alıb ki, şikayət qismən təmin olunsun və 3 saylı məntəqənin nəticələri etibarsız hesab edilsin.

Qeyd edək ki, həmin dairədən lider namizəd Tahir Rzayevdir.

Günel Hacı