Qeyd edək ki, Aygün Kazımova 1971-ci il yanvarın 26-da Bakıda anadan olub. 1989-cu ildə ailəsindən xəbərsiz İlqar adlı sevdiyi oğlana qoşulub qaçıb. Sonradan İlqardan ayrılsa da, bu ayrılıq rəsmiləşməyib. Aygün Kazımovanın bu evlilikdən İlqarə adlı bir qızı var.
O, peşəkar səhnəyə ilk dəfə 1988-ci ildə "Bakı Payızı" yarışması ilə gəlib. Bu günə kimi 15 diski işıq üzü görüb. 2001-ci ildə Azərbaycanın əməkdar artisti, 2009-cu ildə isə xalq artisti adlarına layiq görülüb.
2012-ci ilin sonundan dünya layihəsinə start verib. Müğənninin Türkiyədə çalışdığı "DokuzSekiz" musiqi şirkətinin köməkliyi ilə Hollivud ulduzu, reper Snoop Dogg ilə duet ifa edib.
Könül
Son xəbərlər
Son Xəbərlər