Xalq artisti Aygün Kazımova özünə ad günü keçirib. “Qafqazinfo” xəbər verir ki, sənətçi 26 yanvar tarixində dünyaya gəlsə də, 49 yaşını dünən qeyd edib.
Mətbuata qapalı keçirilən gecədə çox az sayda qonaq iştirak edib. Şou-biznes nümayəndələrindən əksər insan tədbirə dəvət olunmayıb. Ad günü şənliyində iştirak edənlər aparıcı Hacı Nuran Hüseynov, müğənni Dilarə Kazımova, Rəhim Rəhimli, radio aparıcısı Kazım Sübhan olub.
Qonaqlar məclisdən çəkilən görüntüləri sosial şəbəkələrdə paylaşıblar.

Son xəbərlər
Son Xəbərlər