Aygün Bəylərin cənazəsi yaxın saatlarda Bakıya yola salınacaq

aygun-beylerin-cenazesi-yaxin-saatlarda-bakiya-yola-salinacaq
Oxunma sayı: 2647

Türkiyənin Ankara şəhərində müalicə aldığı xəstəxanada vəfat edən Əməkdar artist Aygün Bəylərin cənazəsinin Azərbaycana gətirilməsi ilə bağlı sənədləşmə işləri yekunlaşıb.

Bu barədə “Qafqazinfo”ya Mədəniyyət Nazirliyindən bildirilib.

A. Bəylərin cənazəsini gətirən təyyarə Türkiyə vaxtı ilə saat 14:00-da (Azərbaycan vaxtı ilə saat 15:00-da) xüsüsi reyslə Ankaradan Bakıya yola düşəcək.

Vida və dəfn məsələləri haqda cənazə Bakıya çatdıqdan sonra əlavə məlumat veriləcək.